ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.
İnformasiya texnologiyaları və süni intellektin dini biliklərin təbliğində həm imkanlar, həm də risklər yaradır.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri “Heydər Məscidi” dini icmasının imam müavini Yusif Bağırov Azərbaycan Din Xadimlərinin II Forumunda “Rəqəmsal İnformasiya Mühitində Dini Təhsil və Maarifçilik Strategiyaları” panelində çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, müasir dövrdə internet resursları dini biliklərə çıxışı asanlaşdırsa da, məzmunun düzgün seçilməsi və dini təlimlərin milli-mənəvi dəyərlərə uyğun təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Bağırov vurğulayıb ki, təsadüfi, yanlış və qeyri-elmi dini məlumatların yayılması cəmiyyətdə yanlış təfsirlərə səbəb ola bilər və buna qarşı metodik yanaşmaların tətbiqi vacibdir.
İmam müavini əlavə edib ki, dini maarifçilik yalnız biliklərin ötürülməsi deyil, eyni zamanda gənclərin mənəvi tərbiyəsi, əxlaqi prinsiplərin formalaşdırılması və cəmiyyətin mənəvi dayanıqlığının gücləndirilməsi ilə birgə həyata keçirilməlidir.
Forum çərçivəsində Bağırov dini icmalar, dövlət qurumları və informasiya platformaları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və süni intellektdən istifadənin yalnız mənəvi prinsiplərə uyğun aparılmasının vacibliyini qeyd edib.
Zeynəb Rzayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.