AZ

2025-ci ildə itirdiyimiz məşhurlar – SİYAHI

2025-ci il Azərbaycan üçün itkilərlə yadda qaldı. İl ərzində mədəniyyət, incəsənət, siyasət və ictimai həyatın müxtəlif sahələrində tanınmış bir sıra şəxslər dünyasını dəyişdi.

Moderator.az Musavat.com-a istinadla 2025-ci ildə vəfat edən azərbaycanlı məşhurların siyahısını təqdim edir.

İlin ilk günlərində ölkə mədəniyyəti ağır itki ilə üzləşdi. Yanvarın 5-də tanınmış aktyor Azər Baxşəliyev vəfat etdi. O, xüsusilə televiziya layihələri və komediya janrındakı rolları ilə tamaşaçıların rəğbətini qazanmışdı.

Yanvar ayında daha bir sənət adamı – aktrisa Çimnaz Sultanova dünyasını dəyişdi. Onun teatr və televiziya sahəsində uzunillik fəaliyyəti olub.

Martın 12-də Azərbaycan balet sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Tamilla Şirəliyeva vəfat etdi. O, milli balet məktəbinin formalaşmasında mühüm rol oynamış sənətkarlardan biri idi.

Martın 16-da isə kino aktyoru Ənvər Həsənovun vəfat xəbəri yayıldı.

İlin avqust ayında muğam sənəti ağır itki verdi. Tanınmış xanəndə, muğam ustadı Arif Babayev avqustun 1-də dünyasını dəyişdi. Onun ifaları Azərbaycan muğam irsinin qızıl fonduna daxil edilib.

Sentyabr ayında bir neçə tanınmış simanın vəfatı qeydə alındı. Xalq rəssamı Nazim Bəykişiyev, Xalq artisti Hacı Murad Yagizarov və KVN hərəkatında, “Bakılı oğlanlar” komandasında çıxış etmiş aktyor Cabir İmanov sentyabr ayında vəfat edənlər sırasındadır.

Oktyabrda tar ifaçısı, Xalq artisti Ramiz Quliyev və Xalq artisti Əminə Yusifqızı vəfat etdi. Onlar uzun illər Azərbaycan musiqi və teatr sənətində fəaliyyət göstəriblər.

Meyxanaçı Ağakərim 61 yaşında vəfat etdi. 2017-ci ilin martında meyxanaçının beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Seçilən
8
moderator.az

1Mənbələr