ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində keçirilən "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda panel müzakirəsində deyib. O bildirib ki, cəmiyyətə təqdim etdiyimiz mənəvi dəyərlər sistemli, ardıcıl və peşəkar şəkildə çatdırılmalıdır: "Mənəvi dəyərlərin təqdimat formaları dövrün tələblərinə uyğun olmalı, geniş auditoriya üçün əlçatan hala gətirilməlidir. Bu gün hər dövlət ən az müdaxilə, amma maksimum effektivliklə öz ümumi dəyərlərini və tədris materiallarını optimal şəkildə təqdim etməyə çalışır. Bir sıra ölkə sosial şəbəkəyə çıxışı məhdudlaşdırmaq üsulunu seçir. Hərçənd belə bir addım uzunmüddətli və effektiv həll yolu deyil". Rəvan Həsənov diqqətə çatdırıb ki, bu sahədə əsas məsələ alternativ, sağlam və diqqətçəkən məzmunun yaradılmasıdır: "Elə informasiya irəli sürülməli, elə proqramlar hazırlanmalıdır ki, cəmiyyət özü həmin məzmunu seçib ona maraq göstərsin. Çünki informasiya axınlarının qarşısını inzibati yollarla almaq getdikcə daha da çətinləşir. Odur ki bizim yanaşmamız qadağalarla yox, maarifləndirmə, keyfiyyətli məzmun və düzgün strategiya zəminində qurulmalıdır". AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.