AZ

Şok: ''Fənərbaxça'' prezidentinin narkotik testi pozitiv çıxdı!

''Fənərbaxça'' prezidenti Sadəttin Saranın bir neçə gün öncə narkotik vasitələrin istifadəsi və dövriyyəsi çərçivəsində aparılan əməliyyat zamanı saxlanıldığını xəbər vermişdik. Həmin gün Saran iki saatdan çox ifadə vermiş, eləcə də ondan müxtəlif analizlər götürülmüşdü.

Bu gün isə analizin cavabı məlum oldu və bu olay gündəmi dərhal zəbt etdi.

Belə ki, Saranın saçından götürülən testdə kokain aşkarlanıb! Amma qəribədi ki, onun qan və dırnaq testləri neqativ çıxıb. ''Fənər''in başqanı dərhal rəsmi açıqlama verib. O, həyatı boyu kokaindən istifadə etmədiyini və yenidən hər cür testlərdən keçməyə hazır olduğunu bildirib. Saran araşdırmanı aparan prokurordan bu testləri yenidən tələb edəcəklərini vurğulayıb.

Bundan başqa Saran beynəlxalq statusa malik müstəqil tibb müəssisələrində də test verəcəyini və bunun cavablarını ictimaiyyətə açıqlayacağını deyib.

O, həqiqətin ən müasir standartlara uyğun şəkildə ortaya çıxmasından çəkinmədiyini də əlavə edib.

Seçilən
5
football-plus.az

1Mənbələr