AZ

TƏCİLİ! Abşeronda hoteldə kişi tanış olduğu qadına qarşı dələduzluq etdi

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Abşeron rayonunda 1974-cü il təvəllüdlü Rza qeyri-rəsmi münasibətdə olduğu Məryəmə qarşı dələduzluq edib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, tanışı Məryəmin etibarından sui-istifadə edib və ona ev alacağına dair yalan vəd verib. Aldatma yolu ilə qadından ümumilikdə 3000 manat alıb. Rzanın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, onun sənədlə adı Rza olsa da, tanışları onu Kamran kimi tanıyırlar: “Barəmdə şikayət edən zərərçəkmiş Məryəmi 1 ildən çox müddətdir ki, tanıyıram. Onunla Bakı şəhəri, 3-cü mikrorayon bazarının qarşısında yerləşən “Eleon” hoteldə tanış olmuşam. Həmin hotelin texniki işlərinə nəzarət etmişəm. Özüm kamera quraşdırılması və servisi ilə məşğul oluram. Həmin hotelin texniki işlərinə də baxıram. Məryəm isə həmin hoteldə xadimə işləyib. Tanışlığımız burdan yaranıb və sonradan onunla qeyri-rəsmi münasibətim olub”. Rza qeyd edib ki, 2024-cü ilin mart ayının əvvəllərində Məryəm ona ev almaq istədiyini deyib:“Bunun əsasında Məryəmə təklif etdim ki, ev almaq istəyirsə, ona köməklik göstərə bilərəm. Məryəmə dedim ki, tanışlarım var, lakin evi almaq üçün 3000 manat pul verməlidir. Məryəm mənimlə razılaşdı və kartıma əvvəlcə 2500 manat göndərdi, sonradan isə 500 manat da əlavə olaraq göndərdi. Məryəmdən 3000 manatı onu aldadaraq  almışam. Bundan sonra Məryəm evi soruşduqda, ona bir qədər vaxt lazım olduğunu bildirmişəm. Ondan aldığım pulu öz tələbatlarıma xərcləmişəm. Sonradan Məryəm pulu geri tələb etdikdə ona müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışam. Lakin qaytara bilməmişəm”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2800 manat ödəniş edə biləcəyini zərərçəkmişə bildirib: “Amma zərərçəkmiş qəbul etmədi. Pulu ona faizlə götürərək verməsinə əsaslandı və artıq məbləğ istədi. Həmin pul da xərclənib. Azadlığa buraxılaramsa, qısa vaxt ərzində borcu tam ödəmək niyyətindəyəm”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə Rza 1 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 5 noyabr 2025-ci il tarixdən hesablanması qərara alınıb. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
demokrat.az

1Mənbələr