Sportal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Andrey Ştoqrinin “Neftçi”dəki vəziyyəti yaxşılaşa bilər.
Sportal.az “Sport.ua” nəşrinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın yeni məşqçisi Yuri Vernidub 27 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.
Ukraynalı məşqçi həmyerlisinin hazırkı imkanlarını yüksək qiymətləndirir və onunla işləməyə davam etməyi planlaşdırır.
Ştoqrinin taleyinin "Neftçi"nin qarşıdan gələn qış təlim-məşq toplanışında həll olunacağı gözlənilir.
Ukraynalı cinah oyunçusu ötən yay Roman Qriqorçukun baş məşqçisi olduğu vaxtdan bəri "Neftçi"də oynayır.
Lakin Samir Abasovun gəlişindən sonra Ştoqrinin oynamaq şansı azalmışdı. Bu mövsüm isə “Neftçi” onu sifariş də etməyib. Onun klubla müqavilə müddəti 2026/27 mövsümünün sonuna qədərdir.
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.