
“Ukraynanın Rusiya ilə apardığı müharibəki ümumi itkiləri 800 milyard dollar qiymətləndirir və bu vəsaiti müharibədən sonrakı yenidənqurma üçün müxtəlif fondlar vasitəsilə toplamağa ümid edirik”.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
“Rusiya ilə davam edən müharibədə ümumi itkilər təxmini olaraq 800 milyard dollardır”, - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, Ukrayna, ABŞ, Rusiya və Avropa arasında müharibənin sonuna dair əsas sənəd layihəsi Ukrayna iqtisadiyyatının bərpası, zədələnmiş ərazilərin və regionların yenidən qurulması və humanitar məsələlərin həlli üçün bir neçə fondun yaradılmasını nəzərdə tutur.
"Məqsəd Ukraynanın potensialını tam şəkildə reallaşdırmasına kömək etmək üçün kapital, qrantlar, borc və özəl sektorun töhfələri vasitəsilə 800 milyard dollar toplamaq olacaq", - deyə siyasətçi əlavə edib.
Onun sözlərinə görə, bu cür vəsaitlərin haradan gələcəyi ilə bağlı artıq bir təsəvvür var.
“Məsələn, ABŞ və Avropa ölkələri Ukraynaya şəffaf və effektiv investisiya qoyuluşu üçün hədəf həcmi 200 milyard dollar olan kapital və qrant fondu yaradacaqlar”, - deyə siyasətçi bildirib.
Zelenski həmçinin bəyan edib ki, biz qanuni olaraq bunu öhdəlik kimi götürürük ki, Rusiya təzminat ödəyəndə Avropaya 90 milyard verəcəyik.
Daşqın HəsənovMissiya.Az