AZ

Naxçıvanda 932 yeni daşınmaz əmlak obyektinə ünvan verilib

Naxçıvan, 24 dekabr, AZƏRTAC

Cari ilin yanvar–noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 6929 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunlardan 2485-i əmlaka dair texniki pasport, 4444-ü isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.

Hesabat dövründə əlavə olaraq 677 torpaq sahəsi, 136 fərdi yaşayış evi, 75 mənzil, 25 qeyri-yaşayış binası, 17 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 932 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.

 

Seçilən
21
2
azertag.az

3Mənbələr