AZ

Landşaft memarlığında da böyük nailiyyətlər əldə olunub - İlqar İsbatov

Bakı.Trend:

Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyidövrdə şəhərsalma və memarlıq sahəsində misilsiz nailiyyətlər əldəolunub. Şəhərlərimizin planlı inkişafı yeni bir məzmun alıb.

Trend xəbərverir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov AzərbaycanRespublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elanedilməsi münasibətilə jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Bakı şəhərinin, eləcə də ölkəmizin digərşəhərlərinin planlaşdırma sənədləri hazırlanıb və Bakının Baş planı2023-cü ilin sonlarında qəbul edilib:

“Həmin plana uyğun olaraq Bakı şəhərində ardıcıl və davamlıişlər görülür, yaşayış məhəllələri salınır, sənaye obyektləri inşaedilir, yol-nəqliyyat infrastrukturu yenilənir və bir sıra digərzəruri tədbirlər, o cümlədən ekologiyanın sağlamlaşdırılmasıistiqamətində tədbirlər görülür”.

İ.İsbatov bildirib ki, ötən dövrdə inşa edilmiş Heydər ƏliyevMərkəzi, Ağ Şəhər layihələri, müxtəlif yaşayış komplekslərimisilsiz şəhərsalma və memarlıq nümunələridir və növbəti illərdəölkəmizdə memarlığın və şəhərsalmanın inkişafına ciddi təkan verənamillərdir:

“Mən əlavə olaraq xüsusi qeyd etmək istəyirəm ki, bu dövrdəlandşaft memarlığında da böyük nailiyyətlər əldə olunub. İstərDənizkənarı Milli Parkın yenidən qurulması, istərsə də MərkəziŞəhər Parkının salınması bu sahədə böyük nailiyyətlərdir.Şəhərimizin ekoloji sağlamlığının yaxşılaşdırılmasına və sakinlərinasudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə şəraityaradılıb”.

Seçilən
21
1
az.trend.az

2Mənbələr