Sumqayıt şəhərində ağırtonnajlı yük maşını qəzaya uğrayıb.
Paralel.az xəbər verir ki , hadisəyə dair görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Sumqayıtdakı sənaye zonasında sürücünün idarəetməsindən çıxan TIR yolun kənarına aşıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.