İstanbulda aparılan narkotik araşdırması çərçivəsində “Fənərbahxça” futbol klubunun prezidenti Sadettin Saranın saçından götürülən kokain müayinəsinin nəticələri müsbət çıxıb.
“Yeni Sabah” “Cumhiriyet”ə iistinadla xəbər verir ki, qan, sidik və dırnaq nümunələri mənfi nəticə göstərən S.Saranın test nəticələri İstanbul Baş Prokurorluğuna göndərilib.
O, nəticəyə etiraz edib. Sosial media hesabında FB rəhbəri həyatında bu maddəni istifadə etməyidiyini, hətta maddəni “yaxından görmədiyini” bildirib.
Klub prezidenti əlavə edib ki, beynəlxalq müstəqil laboratoriyalarda yenidən test etdirəcək və nəticələri ictimaiyyətə açıqlayacaq.
S.Saran kokain istifadə etdiyinə dair məlumatı “iddia” adlandırıb. O, bunun “şəxsi nüfuzunu və təmsil etdiyi klubu zədələmək” məqsədi daşıyan “qaralama kampaniyası” olduğunu söyləyib.
Xatırladaq ki, S.Saran “Habertürk” kanalının sabiq baş redaktoru Mehmet Akif Ersoy bir sıra məhşurlara qarşı aparılan narkotik işi üzrə istintaqa cəlb edilib.
İlhamə Qasımlı
Telegram kanalımız