İsmayıllı rayonunda iki nəfərin ölümü qeydə alınıb.
Busaat.az xəbər verir ki, İsmayıllı şəhərində fəaliyyət göstərən “Mustafa” ticarət mərkəzinin sahibi, iş adamı, 1972-ci il təvəllüdlü Mustafeyev Elman Ağasəməd oğlu səhhətinin kəskin pisləşməsi nəticəsində vəfat edib.
Bundan başqa, İsmayıllı rayonunda yerləşən bağ sahələrinin birində gözətçi işləyən, Saatlı rayon sakini, 1978-ci il təvəllüdlü Elşən Məmmədov da qəfil dünyasını dəyişib. Onun meyiti iş yerindəki gözətçi otağında aşkar edilib. İlkin məlumata görə, 47 yaşlı kişi ürəktutması nəticəsində vəfat edib.
Qeyd edək ki, fotoda Elman Mustafeyev əks olunub.News24.az
