AZ

Yeni il bayramını qeyd etmək haramdır? - AÇIQLAMA

Yeni il bayramına sayılı günlər qalıb. Bir çoxları bu bayramı həvəslə gözləsə də, bir qisim insanlar bunu İslam dininə zidd və haram hesab edərək qeyd etməkdən imtina edirlər. Hətta bəzi hallarda bayramı qeyd edənlərə qarşı nifrət dolu münasibət də sərgilənir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, əvvəlcə Yeni il anlayışı müəyyənləşdirilməlidir:

Elşad

“Bu gün İsa peyğəmbərin anadan olması ilə bağlı məsələni gündəmə gətirirlərsə, o zaman İslam peyğəmbəri olan İsa peyğəmbərinin ad gününü qeyd etməyin nəyi pisdir? Əgər məsələ budursa... İkincisi İsa peyğəmbərin anadan olmasının bu günlə əlaqəsinin olmadığı bilinən məsələdir. Bu barədə aparılan araşdırmalar özünü göstərir. Digər tərəfdən, məsələ əgər təqvim ilinin dəyişməsidirsə, insanlar bunu müxtəlif formalarda qeyd edirlərsə, haram olmamaq şərtilə burada qəbahət olan nədir? Bu bayramları təəssüflər olsun ki, kapitalist təfəkkür ancaq alış-veriş, tükətim, istehlak formasında təqdim edir. Bayramların ən gözəl cəhəti nədir? Bir-birimizi sevindirmək, yardımlaşma, sosiallaşmadır. Belə olan halda təbii ki, daha gözəl olar. Kiminsə buna haram deməsi mümkün deyil. Çünki ona qalsa bəziləri hicri və ya başqa təqvimi qeyd edirlər. İslami cəhətdən bunlar halallıq və ya haramlıq məsələsi ola bilməz”.

 

Şəhanə Quliyeva

Tarix: 24 Dekabr 2025, 12:46   
Seçilən
19
pravda.az

1Mənbələr