(“Sevgi motivləri silsiləsindən”)
Cəsarət qol gücündə deyil,
Ruh gücündən yaranır.
S.Endlis filosof
Sən yadıma düşəndə; bu misraların tarixi çox qədimdir, iki sevən canın həs-rətindən yaranmışdır! İki Ruhun qovuşmaq çağırışıdır. Ruhi iztirabını yaşayan insan tənhalaşanda darıxır, bir həyan axtarır ki, ona ürək – dirək versin. Eramızdan əvvəl Roma filosofu Seneka (04-05) deyirdi ki, Ruh öz-özünün ağasıdır, yalnız bədənin – canın taleyi ağasının əlindədir, istəsə onu alır, istəsə onu satır. Ruhi iz-tirab olmayanda insan fəaliyyəti passivləşir, bir növ duyğusunu itirir. İztirab dü-şündürür, hərəkətə çağırır, nəsə bir iş görməyə səsləyir.
Alman filosofu İ.Kant (1724-1804) yazırdı ki, yalnız iztirab vaxtı biz həyatımızı hiss edirik. İnsanı yaşa-dan onun Ruhudur, cismi ölürsə, deməli, ruhu da ölür. Şair – filosof Lukrotsi Kar (e.ə. 99-55) belə bir qənaətə gəlmişdir, və axirət dünyasına şübhəsini gizlətməmişdir. Belə ki, İnsan öləndə İ.Qəzaliyə görə, ondan üç (3) xüsusiyyət qalır: Birisi qəlb təmizliyidir, yəni qəlbin dünya çirkinliklərindən təmizlənmiş ol-masıdır, İkincisi Allahın zikriylə ünsiyyətidir. Üçüncüsü, Allah üçün məhəbbət bəsləməsidir. Hegel (1770-1831) fəlsəfəsində: Ruhun fenomenologiyasında ruh üç (3) hissəyə bölünür: Birincidə təfəkkür, özünü idarəetmə, idrakdır. İkincidə ruhun xarakteristikası dayanır. Yəni burada idrakın tarixi ayrı – ayrı mərhələlərə aid müəyyən obrazlar, yəni Qədim Yunanıstan, Roma, Fransa burjua inqilabı cəsiy-yələndirilir. Üçüncüdə dinin, sosial təfəkkürün formaları şərhini tapır. Beləliklə, Hegel Ruhun üç (3) hissədən ibarət olduğu: obyektiv ruh, subyektiv ruh və mütləq ruhdur – səciyyələndirmişdir. Ruh gözəlliyə və gücə meyilli məfhumdur, xüsusilə, qadın məlahəti (gözəlliyi) kişinin ehtirasını oyadır, canlandırır, dirildir və canı (bədəni) yaşatmağa çağırır. Yox, əgər gözəllikdən Ruh təzələnmirsə, deməli, bö-yük şair M.Lermontov demişkən:
Məni cəlb eyləmə gözəlliyinlə,
Ruhum sönüb getmiş, çox qocalmışdır.
Həqiqətdir, İnsan cavanlığını itirəndə, iqtidardan düşəndə Ruh sanki qeybə çəkilir, bədəndən uzaqlaşır. Bu, o deməkdir cinsi enerji (“libido”) həm kişini, həm də qadını tərk edir. Halbuki, insanı dünyaya gətirən Allah Təala İnsana hər cür fiziki və ruhi aləm bağışlamışdır. Antik filosof Aristotel təsadüfən yazmamış ki: “Mövcud aləmin sistemində qısa müddətdə bizə yaşamaq imkanı verilmişdir, bu həyat gözəl və əvəzsizdir. Ayıqlıq, hiss etmək yüksək nemətlərdir, görülmüş işdən həzz almaq insanın həyatında, rəşadətli məşğuliyyətində, eyş-işrətdə və sevinc içində yaşamaq deməkdir”. Dahi Ömər Xəyyam insanın həyatda yaşam tərzinə başqa bir yönümdən, bir qədər təəssüfedici hisslərdən yanaşmışdır:
Gəldik, getdik, dünya nə fayda gördü?
Ömrümüzün kökü harda göyərdi?
Fələyin odunda yanan canlardan
Yüksələn tüstüdən kim xəbər verdi?
Ruh İnsan canında ehtirasla bağlı olub, onun emosiyalarını tənzim edir, yeri gələndə coşur, qabarır və məcrasına sığmır. Ruh eyni zamanda insanı keyləşdirir, pessimistləşdirir, təsadüfən demirik: “Mən ruhdan düşmüşəm”, “Mənim ruhum ölübdür” və sair. Çalışmaq gərəkdir ruhu ölməyə məhkum etməyək! Ruh ölərsə, İnsan yaşından asılı olmayaraq suyun üzündə yırğalanan mantar (probka) kimi batıb çıxır.
Ruh kişi cinsi ilə adekvat olaraq qadını ehtirasa gətirir, intim həvəsini daha güclü şəkildə coşdurur. Ruh qadında kişiyə qarşı maddi – mənəvi stimul yaradır. Yaşlanmış qadınlar iqtidardan düşəndə (eləcə də kişilər) onlarda ruh öləziyir və sönür. Cavanlığında nə qədər ehtiraslı olmuşlarsa da, bu yaşlarında həyat eşqi sö-nüb gedir, yataq istiliyi onları üşüdür. Bir otaqda halal ərlərindən ayrı yatmağa üstünlük verirlər! Erotik yuxular daha onların “qonağı” olmur! Bu otaq, bu çarpayı məgər əvvəlki deyilmi?!
Qadın ruhunun oyanması – kişilərin onların bilmədikləri təsiri danılmazdır. Kişi qadının ruhunun (ehtirasla birləşir) çılğınlığını duycaq o, qadının əsirinə məhkum olur, özünü bu ecazkar enerjiyə təslim edir. Bu arzuolunan məftunluq ki-şini dünyanın qayğılarından və qadağalarından azad edir, o, cavanlaşır, özünün ruhi enerjisini duyur. Qadınla təması sanki turş şərabdır, ondan dadması onu xumarlandırır, yaşadığı dünyanın qəm-qüssəsindən ayırır və dünyanın xoşbəxt adamına çevirir. Qadının İntim ruhu (həvəsi) kişini eşqdə boğulmaqdan xilas edir, ömrünün dolaylarını adlayır, məhəbbətin ağuşunda yaşayır, özünü cənnətdən çıx-mış kimi təsəvvür edir. Kişiyə elə gəlir bu Ruhi yaşantı bir Ordunu məğlubiyyətə uğrada bilər!
Ruh hər iki cinsdə məhəbbəti oyadır, bir-birinə daha sıx bağlayır.
Bəzən eşidirik: filan kişinin yaşı yetmişdir, amma qadını dünyaya uşaq gə-tirmişdir. Bu faktda qeyri-adilik yoxdur, hər iki cinsdə ruh sağlamdır, ehtirasdan məhrum deyil.
Ruh qadında tez ölür, əlli yaşına çatmamış intim həvəsi (ehtirası) zəifləyir – istisnalar yox deyil – bunun səbəbləri vardır: dünyaya bir neçə uşaq gətirmək əzabı (qayğısı), ev-məişət problemləri, hər səhər işə gedib axşam qayıtmaq, həyat yol-daşının qulluğunda durmaq və s. başlıca amildir, qadın yorulur, daxilindəki ruh – cinsi enerji səpələnir, əvvəlki cavanlıq ehtirasını itirir. Əlbəttə, bunu bütün qadınlara şamil etməzdim; qadın var ruhu – enerjisini itirməmişdir və bu qeyri – adi qüvvə yaşayır, saçından tutmuş ayaq dırnaqlarının ucunda toxdayır. Amma özündə bu ecazkar enerjini duyan qadınlar dünyaya çox uşaq gətirmirlər, ona görə ki, uşaq ananın ruhi enerjisini mənimsəyir, qadın özünü payız səması kimi hiss edir. Qorxur ki, onun həyəcandan və sevincdən qığılcım saçan gözlərinin işığını itirsin. O, şirin yuxuya getmiş körpəsinin pul kimi isti yanağını öpüşlərinə qərq etsin, vücudu sızlasın, bədəni hirsindən uçunsun. O, uşağın sərçə qanadlarına bən-zər kirpiklərini öpəcək, sinəsinə sıxacaqdır...
Ruhu ölməzlik qüdrətinə yüksəldən insanı hər cür çətinlikdən çıxaran, güc-qüvvət verən , əlbəttə, iradədir. O insan yenilməzdir mütləq iradəyə malikdir, belə insanların ruhu ölməzdir, səadətə qovuşmuş ruhdur. Belə ruhlu insanlar yalnız Allaha qovuşurlar.
Ruhda yüksək və aşağı məqamlar vardır, insanın ruhu hələ Yer üzündə həyat olmazdan əvvəl mövcud idi və İnsanın xidmətindən asılı olmayaraq müxtəlif bədənlərə keçə bilərdi. Varlıq özünün şəfqətilə həmişə işıq saçır, insan qəlbi daima ona doğru can atır. Belə ki, insanın vəzifəsi fiziki cismlərdən ibarət bəlalardan qəl-bini – ruhunu azad etməkdir, onu ilahi həyata yaxınlaşdırmaqdır. Aşağı pillə yuxarı pillədən yaranır. Axın daşqından əmələ gəldiyi kimi, dünya – aləm də varlıqdan yaranmışdır. Lakin axıntı zamanı Varlıq heçnə itirmir, işıq kimi dəyişməz qalır. Ömər Xəyyama görə, ruh fəaliyyətlə, İdrak isə Məhəbbətlə hərəkətə gəlir. Ruh və İdrak vahid olsa da, onlar müxtəlif funksiyaları yerinə yetirir, idrak o zaman hə-qiqəti əks etdirir – sevən idrak olsun, belə halda ruhla sevginin vəhdəti yaranır. Ömər Xəyyam İdrakın və Sevginin bir-birilə qarşılıqlı asılılığını qeyd edir, “idrak ruha nisbətən yüksək və qiymətlidir, zəruri varlığa yaxındır”, – yazmışdır. Belə ki, ümumi Varlıq əbədi və yaradıcı idrakdan, ruhdan, cisimdən ibarətdir və cisimlərin təhlilini verir: göy cisimləri, əsas cisimlər və yaranan cisimlər.
İdrak dərk olunanı anlamaqda müstəqildir, ruh isə dərk olunan həqiqəti başa düşməkdə idraka ehtiyac duyur. Ruhun vacib xüsusiyyəti məğrurluqdur, əzəmət-liliyidir. Ruh mövcudluğunu büruzə verərkən heç bir halda idraka həsəd aparmır, çün, ruh belə hesab edir ki, idraka nisbətən onunla müqayisədə daha çox qabiliy-yətə malikdir. Yenə Ömər Xəyyama qayıdaq: “Ruhun və İdarkın oxşarlığı kortəbii şəkildədir, onun izləri hisslərdə büruzə verir. Beləliklə, cismə nisbətən ruh şübhə-lərdən azad deyildir, cisimcə daima şübhəyə malikdir. Ruh insanın ümumi struk-turunu formalaşdırır”. XI əsrdə, Ömər Xəyyamın doğulmasından (1048) on il son-ra: 1058-ci ildə anadan olan İmam Əl-Qəzali (1111-ci ildə vəfat etmişdir) “Yanlış-lıqdan xilas olma” traktatında yazırdı ki, insanların saf ruhu “hökmranlıq aləminə” məxsusdur, bu ruhlar bədəndən çıxmış və öləndən sonra ora qayıdacaqdır. Lakin ruhlar Yerüstü həyatda da, yuxuda və xəyalda da, vəcdəgəlmə vəziyyətində də bu aləmlə əlaqəyə girə bilirlər. Əl-Qəzali düşünürdü ki, İnsanın ruhu təbiəti etibarilə mühiyyətinə görə Allaha bənzərdir, heç də bütün insanların ruhlarında Allah Təa-lanın ziyası eyni şəkildə əksini tapmır. Üç növ insan ruhu mövcuddur. Elə adamlar var – hissi aləmin nüfuzu kontekstində mənəvi əsas üzərində üstünlüyə malikdir, belələri müstəqil mənəvi fəaliyyətə qadir olmurlar, bir-birinə düşünmədən Quranı və hədisləri oxumaqla kifayətlənirlər. Belələri müqəddəs yazılanların daxili mahiyyətini başa düşmürlər.
(Ardı var)
Allahverdi EMİNOV