AZ

"Sabah"ın sabiq çalışdırıcısı ölkəsində "ən yaxşı" seçildi

“Krasnodar”ın çalışdırıcısı Murad Musayev Rusiyanın ən yaxşı məşqçisi seçilib.

Fanat.Az xəbər verir ki, “Sabah”ın sabiq baş məşqçisi nüfuzlu “Sport Ekspress” nəşrinin sorğusunda bütün həmkarlarını qabaqlayıb. 

İkinci yerə “Baltika”nın baş məşqçisi Andrey Talalayev, üçüncü yerə isə Rusiyanın MOİK hokkey klubunun çalışdırıcısı İqor Nikitin layiq görülüb.

Qeyd edək ki, "Krasnodar" Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olub. 

Təcrübəli mütəxəssis 2021-2024-cü illərdə “Sabah”a rəhbərlik edib.

Seçilən
17
fanat.az

1Mənbələr