AZ

Premyer Liqanın məhsuldarları və…

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasında fasilədir.

Futbolpress.az-ın məlumatına görə, “Qarabağ” 2 dövrədə ən çox qol vuran komandadır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 16 matçda 32 qol vurub, 10-nu buraxıb. 36 xalla turnir cədvəlinin ikinci sırasında qərarlaşan “atlılar”ın qol ortalaması 2.25-dir.

Qol sayında ikinci pillədə “Sabah”dır. Tarixində ilk dəfə fasiləyə lider yollanan “bayquşlar” 29 qol vurub, 9-nu buraxıb. “Futuristlər”in qol ortalaması 1.81-dir.

“Üçlüy”ü “Sumqayıt” tamamlayır. Saşa İliçin gəlişindən sonra hücum futbolu oynayan “kimyaçılar” 16 turda 26 qol vurub, 21-ni buraxıb. Komandanın qol ortalaması 1.6-dır.

Çempionatda ən az qol vuran komandalar isə “Kəpəz” və “Qəbələ”dir. Müvafiq olaraq 10 və 11-ci sırada qərarlaşan bölgə klubları 11 qol vurub. “Kəpəz” qol buraxmada rekordçudur – 39 qol.

Turnir cədvəlinin sonuncusu “Karvan-Yevlax” isə 16 turda 12 qol vurub, 34-nü buraxıb. “Kəpəz” fasiləyə qədər heç-heçə etməyən yeganə kollektivdir. Yevlax klubu isə ən az qələbəsi olan – 1.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
futbolpress.az

1Mənbələr