AZ

SON DƏQİQƏ: Həftədə 4 gün və 6 saat işləyəcəksiniz – Yalnız bu halda…

İnsan ömrünün 8 saatlıq iş gününə uyğunlaşdırılması və mümkün alternativlər cəmiyyətdə tez-tez müzakirə olunur. Bəs Azərbaycanda 6 saatlıq iş rejiminə keçid realdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, iş rejimi birbaşa istehsal və iqtisadiyyatın strukturu ilə bağlı məsələdir.
Onun sözlərinə görə, Azərbaycanda 4 günlük iş həftəsinə keçid də zaman-zaman gündəmə gəlib, lakin bu, mövcud iqtisadi şərtlər daxilində mümkün deyil.

“Ölkədə muzdla çalışanların təxminən yarısı dövlət və büdcə təşkilatlarında işləyir. Polis, həkim, müəllim, eləcə də nazirlik və digər dövlət qurumlarında çalışanlar üçün 4 günlük iş həftəsi və ya 6 saatlıq iş günü tətbiq etmək real görünmür”, – deyə ekspert vurğulayıb.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda əmək məhsuldarlığı hələ də aşağı səviyyədədir.

“Bu səbəbdən ya əmək məhsuldarlığı kəskin şəkildə artmalıdır, ya da iş saatlarının 8 saatdan aşağı salınması mümkün olmayacaq”.

Ekspertin fikrincə, yaxın gələcəkdə bu istiqamətdə ciddi dəyişikliklərin baş verməsi gözlənilmir.

“4 günlük iş həftəsi və ya 6 saatlıq iş günü əsasən xidmət sektorunun üstünlük təşkil etdiyi ölkələrdə mümkündür.

Skandinaviya ölkələri bu sahədə müəyyən qərarlar qəbul ediblər və uğurlu təcrübələr mövcuddur. Lakin Azərbaycan iqtisadiyyatının strukturu buna hələ hazır deyil”, – deyə Natiq Cəfərli vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
32
3
konkret.az

4Mənbələr