AZ

Milyoner necə zibil yığana çevrildi? HƏYAT DƏRSİ

Lent az saytına istinadən ain.az xəbər verir.

2002-ci ildə 19 yaşında olarkən lotoreyadan təxminən 9,7 milyon funt sterlinq qazanan Michael Carroll, illər sonra tamamilə fərqli bir həyatla yenidən diqqət mərkəzinə düşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qazandığı böyük məbləğdən əvvəl yarımştat çöp yığan işçi kimi çalışan Carroll qəfil varlanması ilə İngiltərə mediasının gündəmi oldu. O, ən çox danışılan simalardan birinə çevrilmişdi. Lakin qısa müddətdə lüks həyat tərzi, nəzarətsiz xərclər, bahalı əyləncələr və yanlış maliyyə qərarları onun bütün sərvətini itirməsinə səbəb oldu.

Milyonçu olduğu dövrdə bahalı evlər alan, sürətli avtomobillər və böyük məclislər təşkil edən Carroll, eyni zamanda hüquqi problemlərlə də üzləşdi. Alkoqollu halda törətdiyi insidentlər, məhkəmə qərarları və həbs cəzaları onun həyatını daha da çətinləşdirdi. Bir neçə il ərzində demək olar ki, bütün sərvətini itirən Carroll maddi cəhətdən tam çöküş yaşadı.

İllər sonra əvvəlki həyatına qayıdan Carroll yenidən çöpçü kimi işləməyə başlayıb. O, verdiyi açıqlamalarda keçmiş həyatından peşman olmadığını bildirərək, yaşadıqlarının ona həyat dərsi verdiyini deyib. 

Bir vaxtlar milyonlarla funtun sahibi olan gəncin bu gün sadə bir işlə həyatını davam etdirməsi, sərvətin düzgün idarə olunmadıqda necə sürətlə itirilə biləcəyinin real nümunəsi kimi qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
lent.az

1Mənbələr