
Türkiyənin İstanbul şəhərində mərkəzləşmiş və dörd əyaləti əhatə edən narkotik araşdırması çərçivəsində keçirilən əməliyyatlarda 20 şübhəli saxlanılıb.
Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, şübhəlilərin evlərində kokain, marixuana və narkotik həbləri tapılıb. Araşdırmalar davam etdirilir.
İlahə Qənbərli
Missiya.Az