Ajans.az xəbər verir ki, sözügedənsənədEpşteyninistintaqmaterialları arasındaaşkaredilib. Məktub ABŞ Gimnastika millisinin keçmiş həkimi Larri Nassara ünvanlanmış anonim qeyddə yer alıb. Qeyddə müəyyən bir prezidentin gənc qadınlara qarşı qeyri-etik davranışlar sərgilədiyi iddia olunurdu. Rəsmi açıqlamada bildirilib ki, aparılan əl yazısı ekspertizası məktubun Epşteyn tərəfindən yazıldığını təsdiqləməyib. Bundan əlavə, sənəd Epşteynin Nyu-Yorkdakı həbsxana kamerasında huşsuz vəziyyətdə tapılmasından üç gün sonra Şimali Virciniya ştatından poçt vasitəsilə göndərilib. Rəsmilər məktubun mənşəyi və məqsədi ilə bağlı araşdırmaların davam etdiyini bildiriblər.