AZ

Keçmiş milyonçu:

2002-ci ildə lotereyada 10 milyon funt-sterlinq udan İngiltərə vətəndaşı Maykl Kerrol yenidən gündəmə gəlib.Metbuat.az xəbər verir ki, İngiltərə mediası uzun illər sonra onun vəziyyəti ilə maraqlanıb. Məlum olub ki, 42 yaşlı Maykl hazırda zibilyığan işləyir. O, yaşamaq üçün ən ağır fiziki işləri görür, məhrumiyyətlərə qatlanır.Keçmiş milyonçu belə acınacaqlı duruma düşdüyünə görə heç kimi qınamır. “Pulumu bahalı maşınlara, spirtli içkilərə xərclədim. Özümə dəbdəbəli evlər aldım. İndi nə ev var, nə maşın. On milyon funt-sterlinq mənə 10 il bəs eləmədi,” - Maykl deyib.Keçmiş milyonçu puluna güvənib tez-tez qanunları pozduğunu, xuliqanlıq etdiyini gizlətməyib: “Qayda pozuntusuna görə qırx iki dəfə polisə düşdüm. Pul məni yoldan çıxardı”.

Maykl keçmişdə ilişib qalmadığını söyləyib: “Mən artıq gələcəyə baxıram. Keçmişlə yaşamaq olmaz. İyirmi üç il əvvəl şirin bir yuxu görmüşdüm. Reallıq isə yuxudan çox fərqlidir. Yaşamaq üçün odun yarmalı, zibil daşımalıyam. Bununla barışdığım üçün yaşamaq çətin deyil”

Seçilən
18
metbuat.az

1Mənbələr