Türkiyənin “Fənərbağça” futbol klubunun prezidenti Sadəttin Saranın narkotik testinin müsbət nəticə verdiyi iddia olunur.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Fanatik” onlayn nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, funksionerin saç nümunəsində kokain izləri aşkarlanıb. Hazırlanan hesabat İstanbul Baş Prokurorluğuna göndərilib. Bildirilir ki, Sadəttin Saran barəsində ölkəni tərk etməmək barədə iltizam tədbiri seçilib.
Qeyd edək ki, Sadəttin Saran Türkiyə–ABŞ vətəndaşı olan idmançı, iş adamı və idman funksioneridir. O, “Fənərbağça” klubunun prezidenti vəzifəsinə bu ilin sentyabr ayında təyin olunub.
Hazırda “Fənərbağça” Türkiyə Superliqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider “Qalatasaray”dan üç xal geri qalır.