AZ

Sahibsiz itlərin hücumuna məruz qalan şəxsin son durumu YENİLƏNİB

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ucarda sahibsiz itlərin hücumuna məruz qalan şəxsin son durumu açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Təbib-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 10:30 radələrində it dişləməsi səbəbilə 1 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, 1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhunə peyvənd olunub.

Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

***

09:50

Ucar rayonunda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki,hadisə rayonun 28 May küçəsində qeydə alınıb.

Belə ki, 61 yaşlı Rəhman Əsgərov yaşadığı binanın həyətində olarkən sahibsiz küçə itləri ona hücum edib. İtlərin hücumu nəticəsində Rəhman Əsgərova müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Dərhal ətrafdakı sakinlər ona ilkin yardım göstərib, daha sonra isə onu xəstəxanaya çatdırıblar. Sakinlərinin sözlərinə görə, yaxınlıqda yerləşən tikintisi yarımçıq qalan binada çoxlu sayda sahibsiz itlər toplaşır.

Onların aqressiv davranışı səbəbindən sakinlər, xüsusilə yaşlılar və uşaqlar gündəlik həyatlarını qorxu və narahatlıq içində keçirirlər.

Hazırda sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər görülməsini, ərazinin təhlükəsizliyinin təmin olunmasını tələb edirlər.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr