AZ

Azərbaycan tolerant və multikultural mühitə malikdir - Qazaxıstanlı senator

BAKI, TurkicWorld, Nailə Babazadə

Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı Yernur Aytkenov Azərbaycan Din Xadimlərinin II Forumu çərçivəsində çıxış edərək Azərbaycanın tolerant və multikultural mühitə malik olduğunu vurğulayıb.

TurkicWorld xəbər verir ki, Aytkenov bildirib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların sülh, qarşılıqlı hörmət və dialoq şəraitində yaşadığı ölkədir. O, dövlət-din münasibətlərinin konstitusion prinsiplərə əsaslandığını və vicdan azadlığının təmin edildiyini qeyd edib.

Qazaxıstanlı deputat həmçinin Azərbaycanın beynəlxalq səviyyədə dini dialoq və sülh təşəbbüslərində fəal iştirakını qeyd edib. O, Dünya və Ənənəvi Dini Liderlərin Qurultayının Qazaxıstanda uğurla həyata keçirilən təşəbbüslərindən danışaraq, Azərbaycan nümayəndələrinə təşəkkürünü bildirib.

Çıxışda xüsusilə vurğulanıb ki, Azərbaycan dövləti dini birliklərin daxili işlərinə müdaxilə etmədən onların fəaliyyətini dəstəkləyir və beləliklə ölkədə sivil, dünyəvi və tolerant mühit formalaşdırır.

Aytkenov çıxışını qardaş Azərbaycan xalqını və forum iştirakçılarını Yeni il münasibətilə təbrik edərək, əməkdaşlıq üçün yeni üfüqlərin açılmasını və dinlərarası razılaşmanın təmin edilməsini vurğulayıb.

Seçilən
23
turkic.world

1Mənbələr