ABŞ prezidenti Donald Tramp mədəniyyət sahəsində xidmətlərə görə mükafatların təqdimetmə mərasimində Hollivud aktyoru Silvestr Stallone ilə bağlı zarafat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Amerika liderinin sözlərinə görə, əvvəllər “Sly” ləqəbli aktyorun ona kömək edəcəyini düşünmək çətin idi, lakin indi Stallone istənilən vəziyyətdə onu yarı yolda qoymayacaq.
“Əvvəllər mənə kömək lazım olanda bilirdim ki, "Sly"ə müraciət etməyə dəyməz. O, yanımda olmazdı. Amma bu axşamdan sonra o mütləq gələcək”, – deyə Tramp bildirib.
Mükafatların təqdimetmə mərasimi ABŞ-nin sabiq prezidenti Con Kennedinin adını daşıyan İncəsənət Mərkəzində keçirilib. Tramp Silvestr Stalloneni öz dostu adlandırıb və vurğulayıb ki, aktyor digər laureatlarla birlikdə “dünyada yaşamış ən böyük sənətçilərdən biridir”.
ABŞ prezidenti qeyd edib ki, Stalloneni təkcə bütün Amerika deyil, o özü də sevir.