"Fənərbağça" klubunun prezidenti Saadettin Saran narkotik testinin pozitiv çıxmasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, 61 yaşlı funksioner açıqlamasında heç vaxt k*kain istifadə etmədiyini deyib:
"Müsbət çıxdığı iddia edilən maddəni həyatımda heç vaxt istifadə etməmişəm. Nəinki istifadə etmək, hətta yaxından belə görməmişəm".
Qeyd edək ki, S. Saranın saç testində k*kain istifadə etdiyi aşkarlanıb