AZ

Ermənistanda həbs edilən din xadimlərinə görüş qadağası – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti həbsdə olan yüksək rütbəli kilsə xadimlərinin saxlanma şəraiti və görüş məhdudiyyətləri barədə məlumat yayıb. Bildirilir ki, istintaq orqanı ailə anlayışını "çox dar çərçivədə" qəbul etdiyi üçün bir çox qohum və deputatların məbusları ziyarət etməsinə icazə verilmir.

Yepiskop Mkrtıç Proşyan: Bütün ermənilərin katolikosunun qardaşı oğludur. Onu yalnız anası ziyarət edə bilər; digər qohumlarına, o cümlədən deputatlara görüş qadağası qoyulub. Proşyan hazırda "Nubaraşen" həbsxanasındadır.

Arxiyepiskop Arşak Xaçatryan: 5 dekabrda həbs edilib, "MTX təcridxanasında" saxlanılır. Görüşünə yalnız qardaşı və yaşlı anası buraxılır.

Baqrat Qalstanyan: İstintaq orqanının xüsusi icazəsi ilə onun üçün görüşlər açıq elan edilib.

Mikael Acapahyan: Hazırda tibb mərkəzində əməliyyat olunmağı gözləyir. Birinci instansiya məhkəməsinin qərarı olduğu üçün onun görüşlərinə rəsmi qadağa yoxdur.

Qəzet qeyd edir ki, istintaqın "qardaşı oğlu ailə üzvü deyil" yanaşması digər tanınmış məhbusların (məsələn, Narek Karapetyan) ailə əlaqələrinə də tətbiq edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
23
olaylar.az

1Mənbələr