AZ

Laçının Şəlvə kənd yaşayış məntəqəsinin 124 hektar sahəsində inşası nəzərdə tutulan tikinti layihəsi xidmətinə bu qədər vəsait sərf olunacaq

Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin 124.46 ha sahəsində inşası nəzərdə tutulan tikinti layihəsi xidmətinə 856 165 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, xidməti Azərinşaatlayihə DBLKTİ göstərəcək.

 

Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və icraçı arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 24 Dekabr 2025, 12:06   
Seçilən
22
pravda.az

1Mənbələr