AZ

Qida Sənayesi Kollecinin direktoru və hüquqşünası arasında qalmaqal

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecinin hüquqşünası olmuş Aynurə Muradova kollecin direktoru Sevinc Həmzəyevanı xüsusi ittiham qaydasında məhkəməyə verib.

Bizimyol.info xəbər verir ki, hüquqşünas məhkəməyə şikayətində direktorun Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını xahiş edib.

Aynurə Muradova məhkəməyə ərizəsində göstərib ki, kollecdə hüquqşünas işlədiyi dövrdə rəhbərliyin, xüsusilə də direktor Sevinc Həmzəyevanın davamlı təzyiqlərinə, əsassız cəzalara, böhtan və təhqirlərə məruz qalıb. Onun sözlərinə görə, kollecdəki qanunsuzluqlar barədə şikayətlərindən sonra təzyiqlər güclənib, direktor media orqanlarına açıqlamalarında onun haqqında təhqir və böhtan xarakterli fikirlər səsləndirib.

Hüquqşünas qeyd edib ki, onun şərəf və ləyaqətini alçaldan, nüfuzuna zərbə vuran materiallar sosial şəbəkələrdə yayılanda kollecin müəllimlərinə də təzyiq göstərilir ki, onlar aşağılayıcı şərhlər yazsınlar:

“Sevinc Həmzəyeva kollecdə mənə qarşı “qarayaxma kampaniyası” başladıb. O, vəzifə səlahiyyətlərindən və subordinasiyadan sui-istifadə edərək, kollecin müəllim və işçi kollektivini bu “qarayaxma kampaniyası”na qoşulmağa məcbur edib.

Kollektivin içində məni təhqir etməklə yanaşı, evlənmədiyimi və uşağımın olmadığını xüsusi qeyd edərək, mənəvi sarsıntı yaşamağıma səbəb olub.

Mənim şikayətlərimdən sonra “Xəzər TV” telekanalına verdiyi müsahibədə ünvanıma “kollektivdə danışığını bilmir, davranışlarını bilmir” kimi fikirlər səsləndirib”.

Aynurə Muradova məhkəməyə direktorun səs yazılarını da təqdim edib. Sevinc Həmzəyevanın vəkili isə müvəkkilinin ünvanına səsləndirilən ittihamları rədd edib. O, hüquqşünasın şikayətinin əsassız olduğunu bildirib və icraata götürülməməsini xahiş edib. Məhkəmə də direktora qarşı şikayəti icraata götürüb araşdırmaqdan imtina edib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
icma.az

1Mənbələr