AZ

Müstəntiqlər Gürcüstan mağazalarında qiymətləri araşdıracaqlar Gürcüstanın Baş naziri

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Baş Naziri İrakli Kobaxdze, ölkədəki şəbəkə mağazalarında qiymətlərin yüksək olmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarını təhqiqat aparmağa çağırıb. 2024-2025-ci illər arasında ölkədə illik inflyasiya 5,2%-ə çatıb, bu isə hədəf göstəricisi olan 3%-dən çoxdur. Qiymət artımı xüsusilə ərzaq və alkoqolsuz içkilərdə 11,7% təşkil edib.

Bizimyol.info xəbər verir ki, Kobaxdze, hüquq-mühafizə orqanlarının bu məsələyə ciddi yanaşaraq, mümkün cinayət əlamətlərini müəyyənləşdirmələrini istəyib. O, həmçinin Gürcüstan parlamentinə bir komissiya yaratmaq təklif edib, bu komissiya qiymət artımlarını araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə parlamentin təsir imkanlarından istifadə etməlidir.

Baş Nazir, yüksək gəlir marjası ilə işləyən şəbəkə mağazalarının sürətlə genişlənməsinin qiymət artımına təsir etdiyini qeyd edib. Son 5 ildə şəbəkə mağazalarının sayı iki dəfə artıb. Bu artımın qiymətlərə mənfi təsir göstərdiyini bildirən Kobahidze, mağaza şəbəkələrinin genişlənməsinə bağlı xərclərin məhsul qiymətlərinə əks olunduğunu söyləyib.

Kobaxdze ölkədəki distribyutor və mağaza şəbəkələri ilə qiymətləri endirmək üçün əməkdaşlıq edəcəklərini, həmçinin anti-monopol tədbirlərinin tətbiq oluna biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Gürcüstan ilə Avropa arasındakı qiymət fərqləri diqqət çəkir və bu məsələ əlavə təhlil tələb edir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
bizimyol.info

1Mənbələr