AZ

Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər

BAKI, 24 dekabr. TELEQRAF

Gənclər və İdman Nazirliyinin ötən axşam 2025-ci ilin idman yekunlarına həsr olunmuş tədbiri müzakirələrə səbəb olub.

Teleqraf-ın məlumatına görə, nominasiyalar üzrə qaliblərlə yanaşı, "Buta Palace"da təşkil olunan qala gecəsinə dəvət olunan qonaqlar da birmənalı qarşılanmayıb.

Nazirlik mərasimdə özünün çevrəsində olan şəxslərə üstünlük verdiyi, qalibləri də istisnalar olmaqla məhz bu kriteriyalar üzrə seçdiyi bildirilir.

Tədbirdə gözə dəyməyənlər arasında tanınmış karateçi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin dəvət edilməməsi bu iddiaları daha da gücləndirib. Nazirliyin qara siyasınında olduğu bildirilən dünyaşöhrətli idmançının qala-qala tədbirə Şükran Soltanov kimi bloqerlərin dəvət edilməsi də müzakirə olunan məsələlərdəndir.

Məsəələ ilə bağlı Teleqraf-a açıqlama verən Rafael Ağayev tədbirə dəvət edilməməsinin səbəbini bilmədiyini deyib:

"Bu barədə danışmaq istəmirəm. Səbəbini bilmirəm. Tədbirdə məni görmədiniz, görmədiniz, bundan sonra görərsiniz. Bloqerlərin, hər birinin Allah köməyi olsun. Mən heç nə danışmayacam. Allah hər kəsi uca eləsin".

Seçilən
58
9
teleqraf.com

10Mənbələr