AZ

Baxşıyevi ayrılığa gətirən yol

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Elmar Baxşıyev “Araz-Naxçıvan”dan ayrılıb. Mütəxəssis klubun dünən baş tutan iclasından sonra işini tərk edib.

Mütəxəssis 2024-cü ilin aprelindən komandaya baş məşqçi təyin edilmişdi. Həmin mövsüm tarixində ilk dəfə çempionatın bürünc medallarını qazanan “Araz-Naxçıvan” həm də avrokuboklara vəsiqə qazanıb.

Komandanı beynəlxalq arenaya daşıyan Baxşıyevin Konfrans Liqasında da naxçıvanlılarla debütü uğurlu alınıb. Bakıda Yunanıstanın “Aris” komandasını məğlub edən, səfərdə azlıqda olmasına baxmayaraq, heç-heçə ilə mərhələ adlayan “Araz-Naxçıvan”ın növbəti turdan – “Omoniya” (Kipr) ilə matçdan sonra enişi başladı.

Kipr klubundan iki oyuna doqquz qol buraxan komanda turnirlə vidalaşdı. Məhz elə həmin vaxtda artıq Baxşıyevin ayrılığı ilə xəbərlər çıxmağa başladı. Premyer Liqada II dövrədə itirilən xallar və komandanın “beşlik”dən kənarda qalması yekunda vidaya səbəb göstərilir. Lakin bir məsələdə odur ki, klubda söz sahiblərindən olan Ceyhun Sultanovla mütəxəssisin “ulduzu barışmayıb”. Bir müddətdir tərəflər arasında davam edən “soyuq küləklər” artıq yatışdı. Sultanov mütəxəssisin postuna əcnəbi gətirməyi hədəfləyir.

Baxşıyev bundan əvvəl “Qəbələ”də yaxşı işlər görmüş, son dönəmlərdə adından söz etdirməyi bacaran məşqçilərdəndir. “Araz-Naxçıvan” karyerasına yaxşı başlamasına baxmayaraq, eniş ona vaxtın tanınmamasına səbəb oldu. Sakit təbiəti ilə seçilən mütəxəssis ayrılığını özü açıqlayıb. Maraqlıdır ki, tarixi ilk yaratdığı “Araz-Naxçıvan” hələ rəsmi məlumat yaymayıb.

Komanda ümumilikdə Elmar Baxşıyevin rəhbərliyi altında 70 oyuna çıxıb. “Araz-Naxçıvan” bu matçlarda 29 qələbə qazanıb, 21 dəfə uduzub, 20 dəfə də heç-heçə edib. Onun komandadakı xal qazancı ortalama 1.53-dür.

“Araz-Naxçıvan” qış fasiləsinə 6-cı sırada yollanıb.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
futbolpress.az

1Mənbələr