Ankara yaxınlığında Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ordu generalı Muhəmməd Əli Əl-Həddad və digər yüksək rütbəli hərbi şəxsləri daşıyan "Falcon 50" tipli özəl təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 7 sərnişin və 3 ekipaj üzvü həyatını itirib.
“Yeni Sabah” CNN Türk-ə istinadla xəbər verir ki, qəzadan sonra diqqət təyyarənin texniki xüsusiyyətlərinə yönəlib.
“Falcon 50”nin əsas göstəricilərini təqdim edir.
"Dassault Aviation" (Fransa) tərəfindən istehsal olunan "Falcon 50" üç turbofan mühərriklə (Garrett TFE731-3-1C) təchiz olunub. Bu, təyyarəyə yüksək hündürlüklərdə sabit performans və əlavə təhlükəsizlik təmin edir.
Təyyarə uzun mənzilli uçuşlar üçün nəzərdə tutulub və həm iş dünyası, həm də dövlətin rəsmi vəzifəli şəxslərinin istifadəsində uzun illər aktiv fəaliyyət göstərib..
Əsas texniki göstəricilər:
İstehsalçı: Dassault Aviation (Fransa)
İlk uçuş: 7 noyabr 1976
Yolcu tutumu: 9 sərnişin + 2 pilot
Motor sistemi: 3×Garrett TFE731 turbofan
Uzunluq: 18,52 metr
Qanad açıqlığı: 18,86 metr
Maksimum qalxış ağırlığı: 18.500 kq
Maksimum sürət: 880 km/saat
Seyr sürəti: 797 km/saat
Uçuş mənzili: 6.480 km
Maksimum uçuş hündürlüyü: 15.000 metr
Təyyarənin VIP kabinəsi iki pilot tərəfindən idarə olunur və 9 sərnişin üçün rahat səyahət imkanları təqdim edir. O, uzun məsafəli və qitələrarası uçuşlar üçün nəzərdə tutulub.
İlhamə Qasımlı
Telegram kanalımız