AZ

Taleh Qaraşov cari ilin sonuncu səyyar qəbulunu keçirdi FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dekabrın 23-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov razılaşdırılmış qrafikə uyğun olaraq Zövlə kənd inzibati ərazi dairəsinin sakinləri ilə cari ildə növbəti səyyar görüş-qəbulunu keçirib.

"Unikal" xəbər verir ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşov səyyar görüş-qəbulun əlamətdar günlər - dövlət başçısı cənab İlham Əliyevin anadan olması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində keçirildiyini bildirib, bütün lənkəranlılar adından cənab Prezidenti təbrik edib, ona uzun ömür, can sağlığı arzulayıb.

İcra başçısı eyni zamanda Zövlə sakinlərinin timsalında bütün lənkəranlıları və dünyada harada yaşamasından asılı olmayaraq həmvətənlərimizi təbrik edib, hər birinə uğurlar arzulayıb.

Taleh Qaraşov  Zövlə sakinləri ilə yeni il ərəfəsində sevindirici xəbəri paylaşıb. Onun sözlərinə görə, 2026-cı ildə Zövlə kəndinin elektrik təsərrüfatının yenilənməsi tamamilə başa çatacaq və bu da əhalinin elektrik enerjisindən dayanıqlı istifadəsinə şərait yaradacaq.

İcra başçısı səyyar görüşlərin vətəndaşların qayğı və problemlərinin dinlənilməsi və onların həllilə bağlı müvafiq addımların atılmasına xidmət etdiyini vurğulayıb. Onun sözlərinə görə, vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi və qarşılıqlı açıq dialoq mühitinin formalaşması zərurəti müasir dövrün tələbidir. 

Səyyar qəbulda Zövlə sakinləri tərəfindən qaldırılan bütün məsələlərin həlli istiqamətində qanunamüvafiq addımların atılması və nəticəsi barədə vətəndaşa məlumat verilməsi aidiyyəti şöbə və qurumlar tərəfindən nəzarətə götürülüb.

Zövlə kəndinin sakinləri səyyar görüş-qəbulda fikir və istəklərini sərbəst söyləyə bildikləri, qaldırdıqları məsələlərə operativ baxıldığı, nəticəyə yönəlik addımların atıldığı və ümumilikdə vətəndaş müraciətlərinə həssas yanaşıldığı, elektron müraciət sisteminin daha təkmil və əlçatan olduğu üçün cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
unikal.az

1Mənbələr