Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.
Adalet.az bildirir ki, sənətçi geyimlərini xanımlara gəlinlik əvəzinə hədiyyə edirmiş:
“Mənim elə geyimlərim olub ki, gəlin köçən gənc qızlar onu məndən istəyiblər. Biz qız var idi, mənə dedi ki, Nazpəri xanım, mən o paltarda gəlin getmək istəyirəm. Paltarı yenidən özümə qaytarmaq şərti ilə istəyib. Ancaq mən həmin paltarı o xanıma hədiyyə etmişəm. Həmin xanım indi xoşbəxtdir.
Əgər kiminsə hansı paltarımdan xoşu gələrsə, yenə də paltarımı hədiyyə edə bilərəm. Məndə hər paltarın bir xatirəsi var. Ona görə geyimlərimi sevə- sevə qoruyuram. Konsertlərimin libasların ayrıca saxlayıram. Yaradıcılığımı geyimlərimlə izləmək olar”.
Əntiqə