AZ

ABŞ Ali Məhkəməsi Trampa qadağa qoydu: Bunu edə bilməzsən!

ABŞ Ali Məhkəməsi prezident Donald Tramp administrasiyasının Çikaqodakı iğtişaşları yatırmaq üçün əraziyə Milli Qvardiyanın yerləşdirilməsinə icazə verməyib.

Publika.az xəbər verir ki, bu barədə məlumat məhkəmənin qərarında qeyd olunub.

"İcraatın ilkin mərhələsində hökumət İllinoys ştatında ordunun qanunları tətbiq etməsinə imkan verəcək səlahiyyət mənbəyini müəyyən edə bilməyib. Bu cür addımlar yalnız müstəsna hallarda mümkündür. Lakin qərar qəti deyil. Ali Məhkəmə məsələni nəzərdən keçirməyə davam edəcək", - deyə sənəddə vurğulanır.

Bildirilir ki, Tramp administrasiyası iğtişaşları yatırmaq və qanunsuz immiqrantların kütləvi şəkildə deportasiyasında iştirak edən şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün Çikaqoya Milli Qvardiya qoşunları yerləşdirməyə çalışır. İllinoys qubernatoru Cey Robert Pritsker və Çikaqo meri Brandon Conson Milli Qvardiya qoşunlarının yerləşdirilməsinə qarşı çıxıblar.

Seçilən
18
publika.az

1Mənbələr