AZ

Gürcüstan polisi 1 kiloqram 200 qram kokaini dövriyyədən çıxarıb

Tbilisi, 24 dekabr, AZƏRTAC

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Polisi İdarəsinin əməkdaşları Rusiya vətəndaşını xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması, saxlanması və idxalı ittihamı ilə həbs ediblər.

AZƏRTAC xəbər verir ki, məlumatı Gürcüstan DİN-i yayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında saxlanılan şəxsin çantasından 1 kiloqram 200 qram kokain müsadirə ediblər. Kokainin qara bazarda dəyəri 1 milyon laridən çoxdur.

Saxlanılan şəxsi 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
31
1
azertag.az

2Mənbələr