AZ

Moskvadakı partlayışın arxasında dələduzlar var imiş – təxribatçı aldadılıb

Moskvada polis əməkdaşlarının ölümü ilə nəticələnən partlayışla bağlı şok iddialar ortaya çıxıb. 

Olaylar.az xəbər verir ki, "Mash" nəşrinin yazdığına görə, partlayışı törədən kişi internet dələduzlarının təsiri altına düşərək bu addımı atıb.

Məlumata əsasən, fırıldaqçılar həmin şəxsə "Gosuslugi" hesabının ələ keçirildiyini deyiblər və onu guya "məxfi casus əməliyyatı"nda iştirak etdiyinə inandırıblar. Bundan sonra kişi İvanovo vilayətindən Moskvaya gəlməyə və hüquq-mühafizə orqanlarına məxsus avtomobilin altına özəl hazırlanmış partlayıcı qurğu (SPQ) yerləşdirməyə razı salınıb.

Hadisə gecə saatlarında baş verib. Polis əməkdaşları xidməti avtomobilin yanında şübhəli davranışlar sərgiləyən şəxsi görüblər və ona yaxınlaşan an partlayıcı qurğu işə düşüb. Nəticədə iki polis əməkdaşı və partlayışı törədən şəxs həlak olub.

Hazırda istintaq dələduz şəbəkəsinin izinə düşməyə çalışır. Hüquq-mühafizə orqanları bildirir ki, hadisə onlayn fırıldaqların nə qədər təhlükəli nəticələrə yol aça biləcəyini açıq şəkildə göstərir və vətəndaşlara bu cür çağırışlara aldanmamaq barədə xəbərdarlıq edilir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr