AZ

Narkotik əməliyyatları çərçivəsində saxlanılan iş adamı sərbəst buraxıldı

Ötən gün narkotik əməliyyatlar çərçivəsində saxlanılan iş adamı Umut Evirgen sərbəst buraxılıb.

BAKU.WS xəbər verir ki, həyat yoldaşı Alina Bozun tamaşasından birbaşa şöbəyə aparılan Umut sorğu-sualdan sonra sərbəst buraxılıb.

Umut Evirgenə 1,5 saat davam edən ifadəsi zamanı son dövrlər Mehmet Akif Ersoyun məhkəmə işinin materiallarında gizli şahidlərin ifadələrində tez-tez adı çəkilən "Kütüphane" adlı məkanın ona məxsus olub-olmadığı soruşulub.

Umutun həmin məkanla heç bir əlaqəsinin olmadığını bildirdiyi, keçmişdə idarə etdiyi məkanları da artıq başqasına verdiyini söylədiyi öyrənilib.

Onun prokurora verdiyi ifadədən sonra sərbəst buraxıldığı və telefonunun da ona qaytarıldığı bildirildi.

Məlum olub ki, Evirgenin evinə də bir neçə gün əvvəl məhz "Kütüphane" ilə bağlı reyd keçirilib. Digər tərəfdən, dünən saxlanılan "Kütüphane"ni idarə edən Yaşar Koz da sorğu-suadan sonra sərbəst buraxılıb.

Seçilən
31
far.az

1Mənbələr