Sumqayıtda evdən meyit tapılıb.
Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qurd dərəsi bağlar sahəsində qeydə alınıb.
66 yaşlı Cabir Əli oğlu Abdullayevin meyiti həmin ərazidə yaşadığı evdə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Mərhumun nədən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.