AZ

Tulsi Qabbard: Bu cür cəhdlər ABŞ suverenliyinin pozulmasıdır

Vaşinqton digər ölkələrin Amerika sosial mediasını və onlayn resurslarını senzura etmək cəhdlərinə müvafiq şəkildə reaksiya verməlidir. Bu cür cəhdlər ABŞ suverenliyinin pozulmasıdır...

Poliqon xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard sosial media səhifəsində Dövlət Departamentinin keçmiş Avropa İttifaqı Daxili Bazar İşləri Komissarı Tyerri Bretona viza məhdudiyyətləri tətbiq etməsini şərh edərkən yazıb.

Qabbarda görə, Breton 2023-cü ilin avqustunda qüvvəyə minən və Facebook və Instagram da daxil olmaqla müəyyən platformalar üzərində nəzarəti gücləndirən Aİ-nin Rəqəmsal Xidmətlər Qanununun arxasındakı "baş ağlı"dır. Məhz bu əsasda, 2024-cü ilin avqust ayında bir Avropa rəsmisi, o vaxtkı ABŞ prezidentliyinə namizəd Donald Trampla onlayn müsahibə aparmağı planlaşdıran X sosial media platformasının sahibi İlon Muska təhdid dolu məktub dərc etmişdi.

Bundan əvvəl ABŞ Dövlət Katibinin müavini Sara Rocers ABŞ hakimiyyətinin Breton, eləcə də Britaniya siyasi məsləhətçisi İmran Əhməd, Almaniyada yerləşən qeyri-hökumət təşkilatının rəhbərləri Anna-Lena fon Hodenberq və Jozefina Ballon və Britaniya QHT-sinin rəhbəri Kler Melforda viza məhdudiyyətləri tətbiq etdiyini açıqlamışdı. Hamısı Amerika şirkətlərini və rəy liderlərini senzura etməyə cəhd etməkdə ittiham olunur.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr