AZ

Gündüz İsmayılov: Forum din xadimlərinin dialoqu üçün geniş platforma təqdim edir

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Din Xadimlərinin I Forumu ötən il keçirilib və bu dəfə türk dünyasından, Türkiyə, Özbəkistan və Qazaxıstandan nümayəndə heyətləri iştirak edir. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə müsahibəsində bildirib.

Sədr müavini vurğulayıb ki, Türkiyənin Dəyanət İşləri Başqanı Safi Arpaquş ilk rəsmi səfərini məhz Azərbaycana edərək forumda çıxış edib.

Gündüz İsmayılov bildirib ki, Azərbaycan forumu digər ölkələrdə keçirilən din xadimləri forumlarından fərqlənir. Burada yalnız bir dini konfessiyanın nümayəndələri deyil, ölkədə fəaliyyət göstərən bütün dini qurumların xadimləri iştirak edir.

"Forumda Qafqaz Müsəlmanları İdarəsi, İslam dini icmaları, müxtəlif xristian icmaları, o cümlədən Rus və Gürcü Pravoslav Kilsələri, Lüteran və digər protestant icmaları təmsil olunub. Həmçinin Azərbaycanın yəhudi icmaları, Baha və Krişna şüuru dini icmaları kimi kiçik icmalar da forumda iştirak edib",- deyə G.İsmayılov əlavə edib.

Sədr müavini diqqətə çatdırıb ki, forumda ölkənin bütün bölgələri təmsil olunur, müzakirə mövzuları arasında panellərdə dövlət-din münasibətləri, dini təhsil, multikulturalizm və tolerantlıq, qadın hüquqları kimi aktual məsələlər var. Panel iştirakçıları arasında dövlət məmurları, millət vəkilləri, İslam və qeyri-islam dini konfessiyalarının nümayəndələri, eləcə də xarici qonaqlar var.

O bildirib ki, 2025-ci il ölkəmizdə suverenliyin və ərazi bütövlüyünün 5-ci ildönümünə, həmçinin, Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinə həsr olunub və forum çərçivəsində dini sahə ilə bağlı bütün mövzular əhatə olunur. 

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
bakivaxti.az

1Mənbələr