AZ

Prezident İlham Əliyevin dövlət siyasətinin mərkəzində güclü ailə, sağlam mənəviyyat və sosial ədalət dayanır - Bahar Murdaova

Bakı. Trend:

Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətininmərkəzində məhz güclü ailə, sağlam mənəviyyat və sosial ədalətdayanır.

Trend xəbərverir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova Azərbaycan Din Xadimlərinin IIForumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikası artıq 30 illiyini qeydetdiyimiz konstitusiyamızda da əksini tapdığı kimi dünyəvidövlətdir:

"Lakin bu dünyəvilik milli-mənəvi dəyərlərdən uzaqlaşma deməkdeyil. Əksinə, din və dövlət münasibətlərinin balanslı,konstitusion əsaslar üzərində qurulması cəmiyyətimizin sabitliyini,multikultural harmoniyasını və insan ləyaqətinə hörmətini təminedir.

Bu mötəbər tədbirin artıq ikinci dəfə keçirilməsi isə AzərbaycanRespublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevinmüəyyən etdiyi siyasi xəttə uyğun olaraq, ölkəmizdə dövlət-dinmünasibətlərinin konstitusion prinsiplər əsasında inkişafetdirilməsinə, dünyəvilik və vicdan azadlığı kimi fundamentaldəyərlərin qorunmasına verilən yüksək önəmin bariz ifadəsidir".

Komitə sədri qeyd edib ki, Azərbaycan tarixən müxtəlif dinlərinvə mədəniyyətlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitindəbirgə yaşadığı unikal məkan olub.

"Konstitusiyamızda təsbit edilən dünyəvi dövlət modeli, dinietiqad azadlığının təmin olunması, dövlətin bütün dinlərə bərabərvə ədalətli münasibəti bu ənənənin hüquqi əsasını təşkil edir. Bumodel bu gün də regional və qlobal miqyasda maraqla öyrənilənuğurlu nümunədir", - Bahar Muradova vurğulayıb.

Seçilən
49
3
az.trend.az

5Mənbələr