Qələbəmizin 5 illiyinə həsr olunub
Azərbaycan, əziz anam
Sən igidlər Vətənisən!
Sən xoşbəxtlər məskənisən!
Gör kimlərin anasısan?
Zirvələri fəth eləyən
Ulu öndər yadigarı,
Məğrur, qalib bir komandan!
Adı sülhün etibarı!
Adı yurdun xilaskarı...
Dahi öndər yadigarı.
Ulu öndər sevgisinin
Ardıcılı, davamçısı,
Sən ey sübhün sülh elçisi,
Andı güvən, əhdi güvən!
Qalib xalqın məğrur oğlu,
Zəfər çaldın eşqinlə sən!
Dünyamızın etibarlı Liderisən!
Ulu öndər yadigarı.
Millətlərə, liderlərə örnək oldun.
Vətənpərvərlik nümunəsi,
BMT-nin qətnaməsin,
Tələblərin gerçək etdin.
Ulu öndər davamçısı,
Azəri türk qəhrəmanı.
Bəşərisən, əbədisən,
Xalqımızın ən qüdrətli
Prezidenti, rəhbərisən!
Sən alisən, bəşərisən.
Dünyamızın cəsur, ali rəhbərisən!
Günəş kimi parlayacaq, işıq saçan,
Qalib olan ən müqəddəs varlığısan!
Yüksəlişin xidmətində, əməlində
Ər tək döyüş meydanında Zəfər yazan,
Qəhrəmanlıq simvolusan.
Sən ey Öndər Yadigarı!..
Zəfər çaldın rəşadətlə,
Zülmətin bağrını dələn,
Səhərin al şəfəqisən!
Yurdun alın yazısında,
Eşqlə yazdın zəfəri sən!
Ulu Öndər yadigarı,
Qaliblərin qalibisən...
Ey dünyamın qəhrəmanı,
Zəfərimin müəllifi.
Fəxr edirik Səninlə biz,
Sənlə güldü səhərimiz!
Sülhümüzün rəhbərisən!
Könlümdə eşq minbərisən!
Zəfər çalan, qalib olan,
Xalqımızın xilaskarı
Ulu öndər övladısan.
Qürurlusan! Müzəffərsən,
Sənin dəmir yumruğunla,
Ordun əzdi düşmənləri!
Qarabağın sinəsindən,
Dağı sildi yurd ərləri!
Zirvələri fəth eləyən
Ulu öndər yadigarı,
Sən Zəfərdən yoğrulmusan,
Günəş təki parlamısan!
İgidlərin igidisən,
Tarix yazan ölkəmizin
Sülh yolunda xilaskarı!
Millətimin etibarı!
Dünyamızın ən şərəfli döyüşçüsü,
Vətənpərvər igidisən.
Haqq yolunda Zəfər çalan
Qəhrəmanlığın rəmzisən,
Xalqımızın taleyinə,
Haqdan əta, möcüzəsən!
Ulu öndər yadigarı,
Varlığınla xalqımıza
Ən böyük bir ərməğansan!
Türklüyümün gerçək üzü,
Şeirimizin Vətən sözü,
Xilaskar adınla qoşa yaşa!
Ey varlığı yurda dərman!
Nə qədər ki Azərbaycan,
Vətən deyən bu dillər var,
Adın o dillərdə yaşar!
Eşqin könüllərdə yaşar!
Fərqanə ZÜLFÜQAROVA,
dosent, AYB-nin üzvü