AZ

Elektrik kəsildi, sürücüsüz taksilər xaos yaratdı

San Fransiskoda elektrik stansiyasında baş vermiş yanğın sürücüsüz avtomobillərlə bağlı daha bir problemi aşkara çıxarıb.

Avtosfer.az xəbər verir ki, Waymo şirkətinin sürücüsüz taksiləri yolda qalıb. Svetoforlar işləmədiyi üçün maşınlar belə demək mümkünsə qərar verə bilməyib. Onlar yol kəsişmələrində dayanaraq şəhərdə indiyədək görünməyən tıxac yaradıblar.

Problemin aradan qaldırılması 1 gün çəkib. Bundam sonra isə avtonom avtomobillərin böhran vəziyyətində qərar qəbul etməsi məsələsi gündəliyə çıxarılıb.

Vüqar Yaşaroğlu

Seçilən
42
1
avtosfer.az

2Mənbələr