AZ

Moskvadakı partlayışın detalları: Polislər şübhəli şəxsə yaxınlaşıblar və bu an...

Polislər Moskvanın Yeletskaya küçəsində şübhəli şəxsi saxlamağa çalışarkən partlayıcı qurğu işə düşüb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi (İK) Lenta.ru-ya bildirib.

“İki yol polisi əməkdaşı polis maşınının yaxınlığında şübhəli bir şəxsi görüb ona yaxınlaşıblar. Elə bu anda partlayış baş verib. Üç nəfər ölümcül xəsarət alıb. Onlardan ikisi polis, üçüncüsü isə partlayıcı qurğunu işə salan şəxsdir”, - məlumatda deyilir.

Rusiya Cinayət Məcəlləsinin 317-ci ("Hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd") və Rusiya Cinayət Məcəlləsinin 222.1-ci ("Partlayıcı qurğuların qanunsuz dövriyyəsi") maddələri ilə cinayət işi açılıb. Hadisə yerində istintaq qrupu işləyir və məhkəmə-tibbi ekspertizalar təyin edilib.

Seçilən
14
publika.az

1Mənbələr