AZ

Səbaildə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, dekabrın 23-də Salyan şossesi ünvanında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyə sədrləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 600-dən çox şam və zeytun ağacları, oleandr və dekorativ kollar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Səbaildə Səbaildə Səbaildə Səbaildə Səbaildə Səbaildə Səbaildə Səbaildə Səbaildə
Seçilən
31
3
apa.az

4Mənbələr