AZ

Pul ver, apar! “Qarabağ”ın Yankoviç üçün istədiyi məbləğ

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ"ın futbolçusu Marko Yankoviç klubdan ayrılmaq üzrədir. Sport24.az-ın əldə etdiyi məlumatına görə, buna yarımmüdafiəçinin ölkə xaricindən yaxşı təkliflər alması səbəb olub.Oyunçu qış transfer dönəmində Ağdam təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Lakin "Qarabağ"ın da öz şərti var. "Köhlən atlar" Yankoviçin satışından qazanc əldə etmək istəyir. Klub rəhbərliyi monteneqrolu futbolçunun yaşını da nəzərə alaraq azı 2-3 milyon avro gəlir qazanmağı planlaşdırır. Oyunçunun fikri qətidir, qışda baş tutmasa, yay "transfer pəncərəsində" Marko Azərbaycan çempionu ilə yollarını ayıracaq.Qeyd edək ki, onun klubla 2027-ci ilin yayınadək müqaviləsi var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
sport24.az

1Mənbələr