AZ

Bu il ölkəyə 1 milyondan çox telefon İDXAL OLUNUB

Ajans.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 1 081 332 ədəd smartfon idxal olunub və idxalın ümumi dəyəri 344 milyon 206.58 min dollar olub. Eyni dövrdə 1 428 ədəd smartfon ixrac edilib və ixracın dəyəri 256.18 min ABŞ dolları təşkil edib. Cari ilin 10 ayı ərzində naqilsiz dəstəyi olan naqilli rabitə üçün telefon aparatları üzrə 16 965 ədəd məhsul idxal edilib və idxalın dəyəri 526.35 min dollar olub. Mobil və ya digər naqilsiz rabitə şəbəkələri üçün digər telefon aparatları üzrə 152 552 ədəd məhsul idxal edilib, idxalın məbləği 1 milyon 916.01 min dollar olub. Bu kateqoriya üzrə 10 ədəd məhsul ixrac edilib və ixracın dəyəri 9.56 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə digər telefon aparatları üzrə 39 507 ədəd məhsul idxal olunub və idxalın dəyəri 1 milyon 756.85 min dollar səviyyəsində qeydə alınıb. Eyni zamanda, 606 ədəd məhsul ixrac edilib, ixracın məbləği isə 234.15 min dollar olub.

Seçilən
24
Ajans.az

1Mənbələr