AZ

Atasının silahı ilə oynayan məktəbli özünü VURDU – FOTO

Məktəbli qız atasının silahı ilə oynayarkən özünü boğazından vurdub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Nişan almağı öyrənmək istəyən yeniyetmə ölümün bir addımlığından dönüb, həkimlər mürəkkəb əməliyyat keçirib.

Məlumata görə, Rusiyanın Naxodka şəhərində bədbəxt hadisə baş verib. Məktəbli qız atasının pnevmatik tapançasını taparaq onunla oynamağa başlayıb.

O, dəqiqliyini yoxlamaq üçün nişan almaq istəyərkən ehtiyatsızlıqdan tətiyi çəkib. Güllə hədəfdən tamamilə yan keçərək qızın boyun nahiyəsinə dəyib.

Mərmi qırtlağı zədələyərək şah damarının lap yaxınlığında dayanıb. Həkimlər bildirib ki, güllə daha bir neçə millimetr hərəkət etsəydi, yara ölümcül ola bilərdi.

Uşaq əvvəlcə yerli xəstəxanaya, daha sonra isə Vladivostoka çatdırılıb. Orada həkimlər kompüter tomoqrafiyası (KT) edərək mürəkkəb əməliyyat həyata keçiriblər.

Hazırda pasiyentin vəziyyətinin qənaətbəxş olduğu və həkim nəzarətində qaldığı bildirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr